Kəlbəcərə qanunsuz daxil olmaq istəyənlər saxlanıldı

1 İyul 2021 09:08 (UTC+04:00)

İyunun 29-da işğaldan azad edilmiş Kəlbəcər ərazisinə qanunsuz daxil olmaq istəyən altı nəfər saxlanılıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək, baxılması üçün rayon məhkəməsinə göndərilib.