Rusiya bu ölkəyə 600 hərbçi göndərir

1 İyul 2021 09:24 (UTC+04:00)

Rusiya Mərkəzi Afrika Respublikasına 600 hərbçi göndərəcək.

AzNews.az xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında Orta Afrika Respublikasındakı rus hərbi təlimçilərinin rəhbəri Aleksandr İvanov deyib.

O bildirib ki, hərbçilər Orta Afrika Respublikasının istəyi ilə göndərilir.

İvanov yeni hərbi birliyin nə vaxt göndəriləcəyini açıqlamayıb. Hazırda bu ölkədə 535 rus hərbçisi var, yeni qərarla bu rəqəm 1135-ə çatdırılacaq.