İtaliyada gəmi batdı, ölənlər var

1 İyul 2021 10:06 (UTC+04:00)

İtaliyanın Aralıq dənizindəki Lampedusa adası sahillərində gəmi batıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, adaya beş mil məsafədə biri hamilə qadın olmaqla, yeddi immiqrant həyatını itirib.

Hadisəyə müdaxilə edən İtaliya Sahil Təhlükəsizliyi qüvvələri 48 nəfəri xilas edib. Doqquz nəfər isə itkin düşüb.

Xilas edilənlər və ölənlərin cəsədləri adaya aparılıb.