Kanadada yenə uşaq məzarları tapıldı

1 İyul 2021 10:14 (UTC+04:00)

Kanadanın Britaniya Kolumbiyası ştatındakı keçmiş bir kilsə məktəbinin yaxınlığında qeydiyyatda olmayan 182 uşaq məzarı aşkarlanıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məzarlar ştatın cənubundakı Krənbruk şəhəri yaxınlığındadır.

Bildirilib ki, təxminən bir metr dərinlikdəki məzarlar radarlarla kəşf edilib.

Qeyd edilib ki, sözügedən məktəb bölgədə 1912-1970-ci illərdə fəaliyyət göstərib. Burada yüzlərlə yerli uşağa məcburi təhsil verilib.

Xatırladaq ki, bundan əvvəl Kanadada 215 uşağın qalıqları olan kütləvi məzarlıq və 751 uşağın məzarı aşkarlanmışdı.