Bakıda “Land Cruiser”in sürücüsü beş maşını vuraraq hadisə yerindən qaçdı - FOTO

1 İyul 2021 09:00 (UTC+04:00)

Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nəsrəddin Tusi küçəsində baş verən hadisədə "Toyota Land Cruiser”, KİA və "Chevrolet” markalı maşınlar toqquşub.

"Land Cruiser”in sürücüsü beş maşını vurub. Sürücü hadisə yerindən yayınıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Xəsarət alanlar barədə məlumat yoxdur. (oxu.az)