Sabah” Ramil Şeydayevi göndərdi

1 İyul 2021 13:07 (UTC+04:00)

“Sabah” Ramil Şeydayevlə yollarını ayırıb.

AzNews.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Ramil Şeydayev 2020-ci ilin fevral ayından “Sabah”da çıxış edib. O, Bakı klubunun heyətində keçirdiyi 29 oyunda 6 qol vurub.