Azərbaycanda vaksin vurduranların sayı 3.5 milyonu ötdü

1 İyul 2021 17:35 (UTC+04:00)

Azərbaycanda son sutkada 85889 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 418226 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 44063 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3597108 COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2256816 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1340292 nəfərdir.