Hulusi Akar Tacikistan prezidenti ilə görüşüb

1 İyul 2021 18:32 (UTC+04:00)

Türkiyənin müdafiə naziri Hulusi Akar iyulun 1-də Düşənbədə Tacikistan prezidenti İmaməli Rəhmanla görüşüb.

Aznews.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

İmaməli Rəhman Hulusi Akarı "Millət" sarayında qəbul edib.

Görüşdə tərəflər ölkələrin ortaq dəyərlərindən danışb, regional məsələləri və ikitərəfli əlaqələri müzakirə ediblər.