ÜST-dən yeni dalğa XƏBƏRDARLIĞI

1 İyul 2021 21:47 (UTC+04:00)

Avropada koronavirusa yoluxmada müşahidə olunan dinamika yenidən artmağa başlayıb.

Aznews.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı Avropa direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.

"Ötən həftə daha çox ünsiyyət, gediş-gəliş, toplantılar, sosial məhdudiyyətlərinin zəifləməsi üzündən yoluxanların sayında 10 faiz artım olub. Həmçinin vəziyyət sürətlə dəyişir, göstərilən böyük səylərə baxmayaraq milyonlarla insanın hələ də peyvənd olunmadığı regionda narahatlıq doğuran “Delta” variantı yayılmağa başlayıb”, -ÜST rəsmisi bildirib.

H.Kluge qitədə pandemiyaya qarşı davamlı və sistemli mübarizə aparılmayacağı təqdirdə yeni dalğanın başlayacağını vurğulayıb.