Payızda koronavirusa yoluxmada yenidən artım olacağı gözlənilir

2 İyul 2021 12:46 (UTC+04:00)

“Koronavirusa yoluxma sayları azalıb, amma diqqət etməyimiz lazımdır”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, çünki sentyabr, oktyabr aylarında koronavirusa yoluxma saylarında yenidən artım olacağı gözlənilir: “Başqa ştammlar da ola bilər. ÜST olaraq daim bunları monitorinq edirik”. (APA)