Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva Rusiya və Türkiyə XİN-lərinin Antaliyadakı görüşü və Rusiya-Türkiyə münasibətləri barədə AzNews.az analitik-informasiya portalının suallarını cavablandırıb.
- Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Antalya görüşündə hansı məsələlər müzakirə edilib?
- Rusiya və Türkiyə xarici işlər nazirlərinin Antalya görüşü bir sıra problemlərin müzakirəsini əhatə edib. Regional təhlükəsizlik, regional iqtisadi əlaqələr və kommunikasiya məsələləri buraya daxildir. Pandemiyadan sonrakı münasibətlərin bərpası, iki ölkə arasında məhdudiyyətlərin aradan qaldırılması,qarşılıqlı turizmin inkişafı və vaksinasiya məsələsində qarşılıqlı standartların qəbul olunması, qarşılıqlı sertifikatların tanınması və.s Bir çox regionlar üzrə Türkiyə və Rusiyanın qarşılıqlı iqtisadi maraqları var. Bu enerji resursları ikitərəfli ticari əlaqələrdir. Regionlararası nəqliyyat, tranzit xətlərindən götürülən müştərək gəlirlər də buraya daxildir. Türkiyə və Rusiya arasındakı ticari dövriyyənin həcmi yüz milyardlarladır. Hər iki dövlət bir-birinin böyük ticari sahədə və regionlar üzrə strateji tərəfdaşıdır. Bu həm iqtisadi, həm ticari əlaqələri özündə ehtiva edir. Təhlükəsizliyinin təmin edilməsində Rusiyanın və Türkiyənin Yaxın Şərq, Şimali Afrika ,Cənubi Qafqaz və Balkanlarda qarşılıqlı maraqları var. Görüşün və hazırda Rusiya-Türkiyə münasibətlərinin əsasını bu məsələlər təşkil edir.
- Sergey Lavrovun Türkiyə səfərində marağa səbəb olan əsas məsələ Qarabağla bağlı açıqlamalarıdır. Eyni zamanda Rusiya - Türkiyə münasibətlərini tənzimləyən əsas məsələlərdən biri Qarabağ məsələsidir. Görüşdə tərəflərin Qarabağ konfliktinə münasibətini necə dəyərləndirmək olar?
- Türkiyə və Rusiya Cənubi Qafqazda təhlükəsizliyin, Dağlıq Qarabağ konfiliktinin həllinin sonrakı mərhələsində iştirak edirlər. Burada hər iki dövlətin fərqli maraqları var. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya daxilində ermənilərdən ibarət hökümətlərə və iqtisadi dairələrə təsir alətləri olan diaspora mövcuddur. Rusiya Ermənistana dəstək göstərərək, Qarabağda erməni haqlarını tanıyır. Rusiya sülhməramlıları Qarabağda daha çox erməni tərəfi kimi görünən pozisiya qurub. Zaman-zaman Azərbaycan onları beynəlxalq hüquq və neytral fəaliyyəti qorumağa məcbur edirik. Burada narahatlıq yaradan məqamlar baş verir ki, onlar bizim təklif və tələblərimiz əsasında normallaşır. Həmçinin hər iki dövlətin Azərbaycan ərazisində hərbi mövcudluğu var. Rusiya beynəlxalq hüquqla tənzimlənən sülhməramlı statusunda, Türkiyə isə Ağdamdakı sülhə nəzarət monitorinq mərkəzinin və digər ikitərəfli razılaşmalar əsasında mövcuddur. Tərəflər Azəbaycanla Ermənistan arasında bu konfiliktin razılaşmasında və post müharibə sonrası reallıqların formalaşmasında iştirak edir. Rusiya və Türkiyə Qababağda 44 günlük müharibə sonrası üçtərəfli razılaşmanın bəndlərində ehtiva olunan kommunikasiyaların açılmasında maraqlıdırlar. Bu prosesdə kənar oyunçu və iştirakçıdırlar. Əlbəttə, hər iki tərəfin ümumi maraqlara xidmət edən mövqeləri var. İştirakçı tərəflərlə ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Görüşdə Azərbaycanla Ermənistan arasındakı kommunikasiyaların tezliklə açılması və kommunikasiyalardan müştərək fəaliyyətin qurulması haqqında danışılıb. Bu məsələ qarşıda duran ən vacib məqamdır. Kommunikasiyaların açılmasında Azərbaycanın irəli sürdüyü bir neçə şərtlər var. Bu şərt Ermənistanın aşkar şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə fikirlərini elan etməsidir. BMT beynəlxalq hüquq çərçivəsində Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünüə hörmət edir. Eləcə də Ermənistanın ancaq Ermənistan bunu etmir. Bu gün Azərbaycanın əsas tələbi beynalxalq ictimaiət qarşısında Ermənistanı buna məcbur etməkdir. Kommunikasiya və gələn gəlirlər bundan sonra Ermənistanın xeyrinə işləməlidir. Rusiya və Türkiyə arasında Ermənistanı buna məcbur etmək haqqında razılaşmalar səsləndirilib.
- Türkiyə və Rusiyanın Qarabağla yanaşı Suriya, Liviya, Ukraniya , Şimali Afrika, Balkanlarda qarşılıqlı maraqları var. Tərəflərin bu regionlarda baş verən proseslərə mövqeyi necə qiymətləndirilə bilər?
- Təhlükəsizlik sahəsində Rusiya və Türkiyənin Yaxın Şərq, Şimali Afrika , Ukrayna , Cənubi Qafqaz və Balkanlarda qarşlılqlı maraqları var. Tərəflər bu regionlarda ümumi maraqlara xidmət edən fəaliyyət göstərirlər. Liviya və Suriyada koordinasiyalı, Cənubi Qafqazda tam uzlaşmış, Balkan və Şərqi Avropa qismən uzlaşmış fəaliyyətlərin mövcud olduğunu demək olar. Türkiyənin Balkanlarda, Şərqi Avropa ölkələrində tarixi var. Əhali arasında nüfuz dairəsi mövcuddur. Rusiya da bu bölgədə SSRİ- yə dayanan maraqlara və nüfuza sahibdir. Avropada isə hər iki dövlətin böyük miqrant ordusu var. Rusiya da, Türkiyə də Liviyanın xarici oyunçulardan kənarda bütöv dövlət olmasında maraqlıdırlar. Eyni şeyi biz ABŞ və Fransa haqqıda deyə bilmərik. Onların Şimali Afrikada, Liviya və Suriyada dəstəklədiyi qruplar daha çox dövlətin parçalanmasına xidmət edən qruplardır. Müzakirələrdə vacib məqamlarda biri də Ukraynanın ərazi bütovlüyüdür. Hər iki dövlətin bu məsələdə fərqli fikiri var. Türkiyə Ukraynanın beynəlxalq tanınmış sərhədləri içində torpaq bütövlüyü və suverenliyini dəstəkləyir. Krım Muxtar Respublikasının işğaldan qurtarılması ilə bağlı addımlarda koordinasiyanın davam etdirilməsinə çalışır. Rusiya isə Krımı və Krımətrafı neytral suları öz ərazisi hesab edir. Tərəflər arasında narahatlıqlar bu üzrədir.
- Türkiyə-Rusiya və NATO münasibətlərində də gərginlik özünü göstərir. Bu istiqamətdə narazılıqlar nə yerdədir?
- Türkiyə NATO ölkəsi sırasındadır. Türkiyənin bir NATO ölkəsi kimi Rusiyanın maraqlarına toxunmaması Rusiyanın narahatlığına səbəb olur. Rusiya hesab edir ki, Türkiyə, NATO ölkəsi kim NATO-nun aktivlərində Rusiyanın maraqlarına xidmət edən pozisiya qursa, daha yaxşı olar. Ancaq NATO çərçivəsində Türkiyənin özünün öhdəlikləri və məsuliyyəti var. Türkiyə heç bir halda Rusiyanın istəyi ilə bu mövqeyi dəstəkləməyin tərəfdarı deyil.
- Qara dənizdə Moskvanın reaksiyalarına baxmayaraq hərbi təlimlər keçirilir. Türkiyə də təlimlərdə iştirak edir. Qara dənizdə keçirilən hərbi təlimlər ikitərəfli münasibələrdə nə kimi rol oynayır?
- Qara dənizdə NATO daxil olmaqla 30 iştirakçı və 5 müşahidəçi ölkənin iştirakı ilə “Defender-Europe” adı altında təlimlər keçirilir. Bu təlimlər Rusiyanın qıcığına səbəb olur. Rusiyada hesab edir ki, təlimlər Rusiyanın təhlükəsizliyinə qarşı yönəlib. Əslində, burada həqiqət payı var. Türkiyə də NATO ölkəsi kimi həm də Qara dənizdə söz sahib ölkə kimi bu prosesdə iştirak edir. Bu prosesdə həmçinin Rusiyanın da maraqlarının təmin olunması istiqamətində təkiliflər var. Avropa Birliyi bu istiqamətdə təkiliflər irəli sürür. Rusiyaya Montre konvensiyası əsasında müəyyən qadağaların qoyulması ilə bağlı, Türkiyəyə təkliflər edir. 1936-cı il imzalanan Montre konvensiyası Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini əks etdirən sənəddir. Konvensiyaya əsasən, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürüb. Son illərdə bu istiqamətdə çox geniş səslənmələr olduğu halda, Rusiyanın bu boğazlarda aktivlərinin limtilənməsi haqqında çağırışları Türkiyə qəbul etməmişdi. Rusiya tərəfi Montre Konversiyasına əməl olunduğu, Rusiyanın maraqlarını qoruduğu üçün Türkiyəyə minnətdarlığını bildirmişdi.
- Antaliya görüşünün bir digər mövzusu pandemiya sonrası məhdudiyyətlərdir. Tərəflər vaksin istifadəsi ilə bağlı hansı razılığa gəliblər?
- Bir çox Avropa ölkələri Rusiyanın “Sputnik V” vaksinini tanımır. Tanımamağı tibbi şərtlərdən deyil, siyasi qərarlarla əlaqədardır. Vaksinasiya siyasəti qlobal səviyyədə siyasiləşmiş oyuna çevrilib. Siyasiləşmiş oyun dövlətlərə qarşı ticari, iqtisadi əlaqələrdə məhrumiyyətlərə gətirib çıxarır. Rusiyalı turistlər indi çox rahat Türkiyəyə gedə bilirlər. Bu Türkiyə üçün iqtisadi gəlir deməkdir. Türkiyə-Rusiya bu istiqamətdə koordinasiyalı fəaliyyət razılaşdırıblar, razılaşma hər iki tərəfin xeyrinədir. Razılaşmadakı şərtlərdən ən vacibi turistlərin təhlükəsizliyinin təmin edilməsidir. Hər iki tərəf , həm Türkiyə həm Rusiya qarşılıqlı bir-birilərini ərazisində vaksin sertifikatından başqa, pasportsuz giriş imkanları təşəbbüsündə də çıxış ediblər. Vaksin sertifikatlarının tanınmasında razılığa gəliblər.
Şəbnəm Zahir
AzNews.az