O əlavə edib ki, beynəlxalq təcrübəyə uyğun olaraq xəstəliyi daha ağır formada keçirənlərdən, eləcə də epidemioloji nəzarətdə saxlanılan xəstəliyin artımı olduğu lokal bölgələrdən də genetik analizlər götürülür: “Hazırda nümunələr toplanılıb və təqdim olunur, mütəmadi müayinələr də aparılır. Hesab edirəm ki, əgər yeni ştamm aşkar olunarsa, ən yaxın zamanda ilkin məlumatlar təqdim edə biləcəyik”.
“Hər birimizin belə təhlükə ilə üz-üzə qalmağımızı unutmamalıyıq” – deyə Ramin Bayramlı qeyd edib.