Gediş haqqının artırılması ilə bağlı qərar ləğv edildi

20 İyun 2013 17:46 (UTC+04:00)
Braziliyada bir neçə gündür davam edən etiraz aksiyaları öz nəticəsini verib.

Aksiyaların yekunlaşmasını istəyən səlahiyyətlilər ictimai nəqliyyatdan istifadəyə görə haqqın artırılması ilə bağlı qərarın ləğv edildiyini açıqlayıblar.

Hökumət nümayəndələri metro və avtobus qiymətlərinin əvvəlki kimi qalacağını bildiriblər.

Ancaq ölkədəki sosioloqlar qiymətlərlə bağlı qərar ləğv edilsə də, aksiyaçıların etirazlara davam edəcəyini təxmin edirlər. Onların fikrincə, əhali səhiyyə və təhsil sahələrindəki xidmətlərin yaxşılaşırılmasını istəyir və bu istəklər təmin olunana kimi etiraz aksiyaları davam edəcək.

Xatırladaq ki, Rio-de-Janeyro və San-Paulu bələdiyyə başçılarının ictimai nəqliyyatdan istifadəyə görə haqqın artırılacağını açıqlamasından sonra ölkədə başlayan etiraz aksiyaları qısa müddətdə genişlənib. Hökumətin sosial siyasətinə qarşı etiraz edən minlərlə insan küçələrə çıxıb. Ən kütləvi aksiyalar Rio-de-Janeyro, San-Paulu və Belu-Orizonti şəhərlərində keçirilib.//anspress//

AzNews.az