50-dən çox xərçəng növünü erkən aşkarlamaq mümkün olacaq - MÜTƏXƏSSİSLƏR
3 İyul 2021 20:55 (UTC+04:00)
Artıq qan testindən xərçəngi aşkarlamaq mümkün olacaq.
Aznews.az xəbər verir ki, mütəxəssislər qan nümunələrindən 50-dən çox xərçəng növünü və qaynağını aşkarlayan MCED (Çoxlu xərçəngə erkən diaqnoz) testinin nəticələrini açıqlayıblar.
Araşdırma 2 min 823 xərçəng xəstəsi və 1254 xərçəng olmayan ümumi 4 min 77 nəfər üzərində aparılıb. Və nəticələrə görə, qan testləri ilə 50-dən çox xərçəng növünü erkən aşkarlamaq mümkün olacaq.