Obama qorxaqlıqda ittiham edildi

20 İyun 2013 14:29 (UTC+04:00)
Dünən ABŞ-da Respublikaçılar partiyasının nümayəndələri prezident Barak Obamanı riskdən qorxmaqda günahlandırıblar.


Onların fikrincə, indi ABŞ elə bir mərhələyə çatıb ki, onun "qüdrətli dövlət imici"ni qorumaq yolları riskdən keçir.

Ötən həftə prezident Barak Obamanın Berlində çıxışı Respublikaçılar partiya üzvlərini qəzəbləndirib. Belə ki, Obamanın "Biz gərək Moskva ilə danışıqlar apararaq nüvə proqramı və Avropada raketdən müdafiə sistemi məsələlərini bir müddətlik təxirə salaq" deməsi narazılığa səbəb olub.

Respublikaçılar partiyasının üzvü Cim İnxofun sözlərinə görə, ABŞ xalqı ölkənin hərbi gücünün regionlarda zəifləməsini müsbət qarşılamır. Onun sözlərinə görə, Obamanın kompromis adlandırdığı məsələni Rusiya prezidenti Vladimir Putin zəiflik kimi qəbul edir, buna görə də strategiyanı dəyişmək lazımdır.

Aynur Hüseynova
AzNews.az