Bakıda yeni Avropa rekordu rəsmiləşib

3 İyul 2021 23:14 (UTC+04:00)

Avropa çempionatları tarixində yeni rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2020 başla vurulan qolların sayında tarixə düşüb.

Bakıda keçirilən Çexiya – Danimarka matçında hesabı açan Tomas Dileyni başla fərqlənib. Turnirin bu yolla vurulan qolların sayı 24-ə çatıb. Bu da qitə çempionatlarının final mərhələləri üçün mütləq rekorddur.

Aznews.az