Tovuzda evdə yanğın olub - Xəsarət alan var

4 İyul 2021 15:26 (UTC+04:00)

Tovuz rayonunda yanğın baş verib.

AzNews.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Əlimərdanlı kəndində, yerli sakin İlham Bayramova məxsus 3 otaqdan ibarət fərdi evdə qeydə alınıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.