Azərbaycandakı səfirlər Şuşaya gedir

5 İyul 2021 14:01 (UTC+04:00)

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfəri təşkil olunacaq.

Bu barədə diplomatik mənbədən məlumat verilib. Qeyd olunub ki, diplomatlar iyulun 8-də Şuşaya yola düşəcəklər. Növbəti gün isə şəhərlə tanışlıq olacaq.

Səfərin məqsədi diplomatlara Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri, cinayət izlərini göstərmək, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri ilə tanış etməkdir.