Məşhur rus aparıcı istirahətə Bakıya gəldi - Fotolar

5 İyul 2021 22:31 (UTC+04:00)

Rusiyanın məşhur aparıcısı Ksenya Sobçak tətil üçün Azərbaycanı seçib.

Aznews.az xəbər verir ki, o, çimərlikdən görüntülərini İnstaqram izləyiciləri ilə bölüşüb.

Sobçak "Çimərlik mövsümünü Bakıda açdım. Bura çox da pis deyil: böyük çimərliklər və külək - heç vaxt isti deyil" deyə, paylaşımında qeyd edib.

Aparıcı bildirib ki, bu, Bakıya ilk səfəri deyil. O, bundan əvvəl 2013-cü ildə də Bakıda dincəlməyə gəlib.