Rusiyada qəzaya uğrayan təyyarədəki bütün şəxslər ölüb - YENİLƏNİB 3

6 İyul 2021 14:32 (UTC+04:00)

Rusiyanın Kamçatka bölgəsində qəzaya uğrayan təyyarədəki bütün sərnişinlər ölüb.

Bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib.

O qeyd edib ki, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişindən və 6 ekipaj üzvündən sağ qalanı yoxdur.

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi də təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib.

14:04

Rusiyanın Kamçatka bölgəsində radarlardan itən “An-26” markalı sərnişin təyyarəsinin qalıqları tapılıb.

Bunu TASS-a “Kamçatsk avia müəssisəsi” şirkətinin baş direktoru Aleksey Xrabrov bildirib.

“Bəli təyyarənin qırıqları tapılıb. Ancaq hansı şəraitdə tapıldığını deyə bilmərəm. İnformasiya ancaq sabah ola bilər. Hadisə yerinə sabah təyyarə uçacaq, helikopter işləyəcək”, - o deyib.

09:52

Rusiyanın Kamçatka regionunda radarlardan itən sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur.

Bunu TASS-a FHN-nin əməkdaşı bildirib.

Məlumata görə, təyyarə Petropavlovsk-Kamçatka-Palana marşrutu üzrə uçurmuş.

Laynerin axtarışına bir təyyarə və iki helikopter cəlb edilib.

Rusiya İstintaq İdarəsinin Uzaq Şərq Nəqliyyatda İstintaq İdarəsindən bildirilib ki, hüquq mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb.

TASS-ın məlumatına görə, “An-26”nın göyərtəsində 22 deyil, 23 sərnişin və 6 ekipaj üzvü olub. Sərnişinlərdən biri uşaqdır.

09:12

Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib.

Təyyarə “Kamtask hava yollar”ı şirkətinə məxsusdur.

İlkin məlumata görə, “An-26”nın göyərtəsində biri uşaq olmaqla 22 sərnişin və 6 ekipaj üzvü var. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. Lakin ekipaş üzvləri təyin olunan vaxta əlaqəyə girməyib.

Xilasedicilər “Mi-8” helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər.

“Kamtask hava yollar”ı şirkəti təyyarənin qəzaya uğradığını hələ ki təsdiqləməyib.