Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi

6 İyul 2021 11:13 (UTC+04:00)

Ağsu rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub.

AzNews.az xəbər verir ki, müvafiq əmrlə rayon təhsil şöbəsinin müdiri Aqil Həsənov vəzifəsindən azad edilib.

Qeyd edək ki, o, vəzifəyə təxminən bir il öncə təyin edilmişdi.

Hələlik onun yerinə təyinat olmayıb.