Cozef Baydenin "ruhi sağlamlığı" GÜNDƏMDƏ

6 İyul 2021 18:35 (UTC+04:00)

İsrail Prezidenti R.Rivlinin qarşısında diz çökəndən sonra ABŞ prezidenti Cozef Baydenin psixi sağlamlığının pisləşdiyi və unutqan olduğu barədə şayiələr gündəmə gəlib.

Aznews.az xarici mediaya istinadla xəbər verir ki, ölkə başçısının 18 ay içərisində psixi sağlamlığının getdikcə pisləşdiyini bildirən ABŞ-ın 14 millət vəkili bəyanat yayıb.

Bəyanatda prezidentə xitabən bildirilir: "İndiki idrak vəziyyətiniz bizi narahat edir. Amerikalılar prezidentlərinə tam güvənməlidirlər, onlar dövlət başçısı və ali baş komandanın vəzifələrini yerinə yetirib-yetirmədiyini bilməyə tam layiqdirlər."

Bəyanatda deyilir ki, Bayden müdafiə nazirinin adını və Amerika İstiqlal Bəyannaməsinin təqdimatını unudub. "Hansı ki, məktəb yaşlı uşaqlar belə məşhur sətirləri əzbər bilir". Eyni zamanda keçmiş prezident Trampın idrak testinin "mükəmməl" olduğu da vurğulanır.

Qeyd edək ki, Prezident C.Bayden bir reportyorla danışarkən kameralara tuş gəlib. Miçiqanda bir mağazaya girərkən ona bir müxbir "Ən son Rusiya hiberhücumunun nə demək olduğunu deyə bilərsinizmi?" sualını verib. ABŞ lideri cavabında "Rusların olduğundan əmin deyilik, təyyarədə olarkən qeyd apardım, ona görə də təyyarədən gec endim", - deyə söyləyib. Ardınca jurnalistə "səninlə bu məsələni danışmaq üçün daha yaxşı vəziyyətdə olacağam" deyə bildirib.

Təyyarə pilləkənlərində dəfələrlə büdrəyən 78 yaşlı Baydenin səhhəti ilə bağlı iddialar səngimir. Sağlamlığının çox yaxşı olduğunu söyləsə də, ABŞ prezidenti son vaxtlar çıxışlarında adları qarışdırır və ya unudur.

Xatırladaq ki, səhvləri ilə seçilən, bəzən yolları, ölkələri və adları qarışdıran Bayden ABŞ tarixindəki ən yaşlı prezidentdir.

Onun fiziki sağlamlıq testinin nəticələri isə yaxın aylarda açıqlanacaq.

Aznews.az