SON DƏQİQƏ! Azərbaycanda 2 qanun qüvvədən düşəcək

6 İyul 2021 16:38 (UTC+04:00)

Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi qəbul edildikdən sonra iki qanun qüvvədən düşəcək.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bunlar - hazırda qüvvədə olan "Televiziya və radio yayımı haqqında" və "Kütləvi informasiya vasitələri haqqında" qanunlardır.

Məlumatı Medianın İnkişafı Agentliyindən (MEDİA) təsdiqləyiblər.