Bakupost.az: Şəhidlər üçün 3001 km qaçan atlet: “Salamat yerim yoxdur” - VİDEO

6 İyul 2021 17:39 (UTC+04:00)

3 il əvvəl qaçışa mərclə başlayan və bunun ardından davamlı uğurlar qazanaraq Azərbaycanı dünyada təmsil edən 41 yaşlı atlet Elmir Əsgərov Bakupost.az -ın qonağı olub.

Ultra marafon qaçış idman növü ilə məşğul olan müsahibimiz deyir ki, camaat nartotikə qurşandığı kimi o da qaçışa qurşanıb:

“Elə olur, parkda görüb deyirlər ki, bu dəli kimdir, səhər-axşam buralarda qaçır? Kafedə oturub pivə içməkdənsə, parka gedib 10 km qaçmaq insana daha çox fayda verər. Qaçmaqdan salamat dırnağım yoxdur, 10 dırnağımın 10-u da bərbad vəziyyətdədir. Elə dırnağım var artıq 3-cü dəfədir yenilənir”.

Başına gələn maraqlı hadisələrdən danışan E.Əsgərov bildirib ki, həyatda ilk dəfə vəhşi qabanla üzləşməyinə də qaçış səbəb olub.

Atlet rayonlarda fəaliyyət göstərən Olimpiya İdman Komplekslərindən narazılığını da dilə gətirib:

“Rayonlardakı Komplekslərdən idman üçün istifadə edilməlidir. Sabirabad Olimpiya İdman Kompleksinin binasında otel əvəzi qalmışam”.

E.Əsgərov Vətən müharibəsi şəhidlərinin xatirəsinə başlatdığı 44 günlük marafon barədə də məlumat verib:

“Marafonun finişi Qarabağda olacaqdı, amma alınmadı. Hazırda həmin ərazilərdə yol çəkilişi üçün partlayış işləri aparılır. Bu da bizim üçün təhlükəli ola bilər. Ona görə də qaçış Bakıda tamamlandı”.

Marafonçu hesab edir ki, Rusiyanın qeyri-professionalları bizim professional idmançılardan yaxşı qaçır.

E.Əsgərov qaçış idman növünü Azərbaycanda daha da inkişaf etdirmək istədiyini deyib. Bundan başqa, o, yeni başlayanlar üçün bir sıra məsləhətlər verib.

Daha ətraflı videosüjetdə: