Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək

7 İyul 2021 11:49 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardımın göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.

AzNews.az-ın "Resmi Gazete"yə istinadən məlumatına görə, sənəd 2021-ci ilin martın 31-də imzalanıb.

Sazişə əsasən Türkiyə Azərbaycana dostluq jesti olaraq 100 min qutu Favipiravir dərmanı göndərəcək.