Rusiya polisi azərbaycanlı videobloqeri saxlayıb

7 İyul 2021 14:18 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat katibi Vladimir Vasenin jurnalsitlərə bildirib ki, yol polisi paytaxtda hərəkətdə olan “Lamborghini” markalı avtomobili dayandırıb: “27 yaşlı paytaxt sakinin idarə etdiyi “Lamborghini Urus” avtomobil saxlanılıb”.

Onun sözlərinə görə, amma sürücü sərxoşluğu müyyənləşdirmək üçün tibbi müayinədən keçməkdən imtina edib. Bununla bağlı inzibati protokol tərtib olunub.

Xatırladaq ki, Hüseyn Həsənov 1994-cü il iyunun 5-də Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Rusiyada videobloqer kimi fəaliyəyt göstərir. Onun instaqramda 17 milyondan çox izləyicisi var.