İsrailin yeni Prezidenti and içib

7 İyul 2021 19:25 (UTC+04:00)

Aznews.az xəbər verir ki, yeni Prezident and içəndən sonra andiçmə mətnini imzalayıb.

Qeyd edək ki, İ. Hersoq bu il iyunun 2-də Knessetdə deputatların səsverməsindən sonra Prezident seçilib.

O bu postda Reuven Rivlini əvəzləyib.

İsraildə Prezident postu bir dəfə olmaqla 7 il müddətinə nəzərdə tutulur. Prezident ikinci müddətə seçilə bilməz.

Prezidenti vəzifədən ancaq parlament kənarlaşdıra bilər. Bunun üçün deputatların 3/4-ü onun impiçmentinin lehinə səs verməlidir.