Aşağı Ağcəkənddə güclü yağış - VİDEO - ÖZƏL

7 İyul 2021 20:12 (UTC+04:00)

Xəbər verildiyi kimi, bu gün bir çox bölgələrdə güclü yağış müşahidə olunub. Gəncədə yağış suları evlərə dolaraq fəsadlar da törədib. Gədəbəydə bir nəfərin sel sularına düşərək öldüyü xəbəri verilib.

Aznews.az-ın bölgədə olan müxbiri Göranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də güclü yağışın yağdığını bildirib. Qəsəbədən keçən Qaraçay çayı sel suları nəticəsində güclü axmağa başlayıb. Qəsəbədə elektrik enerjisinin verilməsində fasilə yaranıb.