“Ölkənin yarıdan çoxu peyvənd olunduğu üçün təbii ki, indiki dönəmdə yoluxanlar və ölənlərin arasında peyvənd olunmuşlar olacaq. Təsəvvür edin ki, ölkədə 100% vaksinasiya aparılıb. Deməli, yoluxanlar, ölənlər də 100% peyvənd olunmuşlar olmalıdır.
Lakin ona diqqət yetirilməlidir ki, yoluxma və ölüm, xəstələrin ağırlaşması əvvəlki dalğalara nisbətən daha azdır. Bundan sonra koronavirusdan ölüm səviyyəsi daha aşağı olacaq”- deyə səhiyyə rəsmiləri bildirir.
Artıq məlumdur ki, koronavirusun müxtəlif ştamları ilə yoluxmaq mümkündür, hətta vaksin olunsa belə bundan 100% qorunmaq mümkün deyil.
Vaksinlərin effektivliyi 65-95% aralığında dəyişir. Virusa yoluxma özünü adi boğaz qıcıqlanmasından tutmuş pnevmoniyaya kimi göstərə bilər. Peyvəndlər 90% insnaları xəstəliyin ağır formalarından qoruyur./medicina.az