NATO Zelenskiyə cavab verdi

8 İyul 2021 08:11 (UTC+04:00)

“İslahatlar Ukraynanın alyansa qoşulmasına zəmanət vermir”.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

Onun sözlərində görə, NATO-ya üzv olmaq üçün siyasi qərar verilməlidir: “İslahatlar vacibdir. Təkcə Ukrayna alyansa qoşulmağa hazır olmamalı, həm də hərbi blok genişlənməyə hazır olmalıdır”.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski, ölkənin təhlükədə olduğu üçün dərhal NATO-ya qəbul edilməli olduğunu söyləyib.