Pedro Martins Bakıya gələcək

8 İyul 2021 09:24 (UTC+04:00)

Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Pedro Martins Bakıya gələcək.

AzNews.az "Report"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) klubları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyuracaq.

Bu cütün qalibi II raundda Pirey təmsilçisinin rəqibi olacaq.

Qeyd edək ki, Tbilisidəki ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb. Martins həmin görüşü də tribunadan canlı izləyib. Cavab oyunu iyulun 14-də olacaq.