Azərbaycan və Türkiyə Hava Nəqliyyatı Müqaviləsi imzalayacaq

8 İyul 2021 12:13 (UTC+04:00)

Bu ilin sonuna qədər Azərbaycan və Türkiyə arasında Hava Nəqliyyatı Müqaviləsi imzalanacaq.

AzNews.az xəbər verir ki, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planına əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə tərəfdən isə bu ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi, Mülki Aviasiya İdarəsi həyata keçirəcək.