Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən abidə ucaldılacaq

8 İyul 2021 10:11 (UTC+04:00)

Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərini təcəssüm etdirən abidə ucaldılacaq.

AzNews.az xəbər verir ki, abidə Azərbaycan dövlətinin I Dünya müharibəsində Osmanlı imperatorluğu ilə eyni cəbhədə mübarizə apardığını və “İki dövlət və bir millət” ruhunu nümayiş etdirəcək.

Abidənin 2021-2022-ci illərdə ucaldılması nəzərdə tutulur.

Abidənin yeri hələ ki, müəyyənləşdirilməyib.