Qeyri-adi ölüm: 16 yaşlı qızın cəsədi tualet quyusundan tapıldı - FOTO

8 İyul 2021 13:20 (UTC+04:00)

Ukraynada hər kəsi şoka salan hadisə baş verib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Odessa bölgəsində tualet quyusuna düşən telefonunu çıxarmaq istəyən 16 yaşlı həyatını itirib. Tualetin içinə düşən qız saatlarla orada qalsa da, haray verən olmayıb. Nəticədə zəhərlənərək ölüb. Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi əsasında cinayət işi açılıb.