Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək

8 İyul 2021 18:16 (UTC+04:00)

Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə 4-8 oktyabr 2021 tarixləri arasında keçiriləcək “Eternity-2021 təlimi"nin ilk planlaşdırma iclası keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iclas Quru Qüvvələri Təlim İdarəetmə Mərkəzi Komandanlığında videokonfrans şəklində keçirilib.