Neftçala sakini qardaşını qətlə yetirib

8 İyul 2021 22:17 (UTC+04:00)

Neftçala rayonunda qətl törədilib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Həsənabad qəsəbəsində baş verib.

Həsənabad sakini, 1980-ci il təvəllüdlü Məmmədov Vahid Bayram oğlu qardaşı - 1976-cı il təvəllüdlü Məmmədov Zaur Bayram oğlunu şəxsi münaqişə zəminində bıçaqlayaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır./APA