Flora Kərimova nəvəsini itirib

9 İyul 2021 18:54 (UTC+04:00)

Xalq artisti Flora Kərimova nəvəsini itirib.

Aznews.az xəbər verir ki, müğənninin qızı Zümrüdün övladı doğulmamış dünyasını dəyişib. Kərimova bu haqda "Xəbər-ətər" verilişində deyib:

"Balamı, Floranı itirdim. Ondan sonra başa düşdüm ki, xoşbəxtlik sakitlik sevir. Bəzi insanlar var ki, ürək açıb demək onlara ağırdır. kaş onu açıb deməzdim. İndi qızım əziyyət çəkir. Qızımın gözəl ailəsi var. Qayınanası onu mənim kimi sevgi əhatəsinə alıb. Amma qanadım sındı. Qızım mənimlə çox pozitiv danışır. Qayınanası isə deyir ki, gizli-gizli ağlayır. Balamın balası yoxdur, özü də əziyyət çəkir.

Bunu açıqladım, çünki əvvəldən demişdim. hamıda soruşurdu ki, Flora doğuldu, nəvəniz oldu? Bunu yaşamamaq üçün açıqladım. Nə olursa-olsun nəvəmin olacağına inanıram. Balaca Floranın ətəyimdən tutub gəzməsini hiss edirəm. Heç bir ana balasından dərd çəkməsin".

Qeyd edək ki, F.Kərimovanın qızı Zümrüd xaricdə ailə qurub və orada yaşayır.