"Delta" ştammına qarşı vaksin hazırlanıb

9 İyul 2021 21:24 (UTC+04:00)

Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" şirkətləri koronavirusun "delta" ştammına qarşı vaksin hazırlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazır.

Qeyd olunur ki, "Comirnaty" adlı vaksininin sınaqlar üçün ilk partiyası Maynts şəhərindəki "BioNTech" zavodunda istehsal olunub.

"BioNTech-Pfizer" vaksininin yenilənmiş versiyasının sınaqları yaxın zamanlarda başlayacaq.