Şüvəlanda 3 nəfər dənizdə BATDI

10 İyul 2021 17:03 (UTC+04:00)

Bakının Xəzər rayonunda qeyri-çimərlik ərazisində 3 nəfər dənizdə boğulub.

Aznews.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsi ərazisində nəzarətsiz zonada, qeyri-çimərlik ərazisində baş verib.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicləri hadisə yerinə cəlb olunub.

Dənizdə boğulan hər üç nəfərin meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib./APA