Hikmət Hacıyevdən Şuşa səfəri ilə bağlı paylaşım

10 İyul 2021 21:54 (UTC+04:00)

Diplomatik korpusun nümayəndələrinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başa çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında qeyd edib.

"Diplomatik korpuslarla Azərbaycanın mədəniyyət paytaxtı, gözəl Şuşaya səfərimizi başa vurduq. Səfirlər dağıdılmış mədəniyyət abidələri barədə yerindəcə ilk mənbədən məlumat aldılar və bərpa, qoruma planlarına dair qeydlər apardılar.

Ziyarətdə iştirak edənlərə təşəkkür edirik", - deyə Hikmət Hacıyev qeyd edib.

Qeyd edək ki, ötən gün diplomatik korpus nümayəndələrinin Şuşa şəhərinə səfəri təşkil edilmişdi.