Britaniyada bir gündə 32 mindən çox insan COVID-19-a yoluxub

10 İyul 2021 22:37 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 32 367 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 5 089 893 nəfərə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 34 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 399 nəfərə çatıb.