TikTok bu videoları siləcək

11 İyul 2021 20:14 (UTC+04:00)

TikTok sosial şəbəkə platforması yenilik etməyə hazırlaşır.

Aznews.az axşam.az-a istinadən xəbər verir ki, TikTok bundan sonra xoşagəlməz videoları özü siləcək. Şirkət rəsmi internet səhifəsində bu haqda məlumat yayıb.

Silinəcək videolar arasında açıq-saçıq, zorakılıq görüntülər yer alacaqlar. Əvvəlcə istifadəçiyə bildiriliş göndəriləcək. Əgər bildirişə əməl edilməsə, platforma özü siləcək.