İranı sanksiyalardan qurtaran azərbaycanlı iş adamları - Gürcüstanda
20 İyun 2013 20:56 (UTC+04:00)
İranın ona qarşı tətbiq edilən sanksiyalardan Ermənistanın köməyi ilə yayınması barədə xəbərlərin ardınca bu dəfə də Gürcüstanın köməyindən yararlandığı bildirilir.
Bu barədə məlumatı "The Wall Street Journal" yayıb.
Məlumata görə, İran Gürcüstanda yaratdığı özəl şirkətlər vasitəsilə Amerikanın sanksiyalarından yayınmağı bacarır. Bu məqsədlıə İslan İnqilabı Keçikçiləri Ordusunun (SEPAH) Gürcüstanda 150 şirkətdən ibarət şəbəkə yaratdığı bildirilir. Sanksiyalardan yayınmaq üçün Gürcüstanın bank sistemindən daha çox istifadə olunur.
Bu barədə qəzetə müsahibə verən iranlı Cavad Gülçinfərin sözlərinə görə, o şəxsən iranlılara Gürcüstanda biznes yaratmağa kömək edib.
İndiki məqamda bu məsələdə daha çox diqqət mərkəzində olan şəxslərin də adı açıqlanıb. Bunlar iş adamları Huşən Hüseynpur, Puya Nayibi və Hüşəng Fərsudədir. Hər 3 şəxs "FlyGeorgia" aviaşirkətinin yaradıcılarıdır. Həmçinin "JSC InvestBank"a nəzarət edirlər. Ancaq hər 3 iş adamı Tehranla əlaqələrini inkar edir.
Qeyd edək ki, son bir neçə ildə Gürcüstanda İrandan olan iş adamlarının sayı kəskin artıb. Onların arasında azərbaycanlı iş adamları da çoxluq təşkil edir. Hətta İranda sərbəst fəaliyyət göstərə bilməyən mətbuat nümayəndələri tərəfindən Gürcüstanda yaşayan iranlılar üçün mətbuat orqanı da yaradılıb.
Elnarə
AzNews.az