Erməni terrorunun növbəti qurbanı xilas edilib - Trend TV

12 İyul 2021 19:02 (UTC+04:00)

Füzulidə kaset bombasının bombacığının partlaması nəticəsində xəsarət alan “Körpü-Bina-Tikinti” MMC-nin sürücüsü Xəlilov Elşən Eyvaz oğlunun vəziyyəti ağır-stabildir.

Aznews.az xəbər verir ki, bunu Trend TV-ə açıqlamasında Füzuli rayon Mərkəzi Xəstəxanasının həkimi Əhəd Məmmədov deyib.

Onun sözlərinə görə, xəstənin müalicəsi davam etdirilir: "O, bədənin çoxsaylı qəlpə yarası ilə qəbul şöbəsinə daxil olub. Müayinədən sonra əməliyyat üçün cərrahiyə şöbəsinə yerləşdirilib. Müəyyən olunub ki, döş qəfəsinin sol tərəfindən çoxsaylı qəlpə yarası alıb. Vəziyyəti düzələn kimi Bakıya təxliyə olunacaq".

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb.