Dənizdə iki nəfər batıb

12 İyul 2021 21:17 (UTC+04:00)

Bakıda iki nəfər dənizdə batıb.

Aznews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barədə məlumat daxil olub.

Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Hazırda axtarışlar davam etdirilir.