Koronavirusun müalicəsində yeni SXEM - Deltaya qarşı

12 İyul 2021 22:38 (UTC+04:00)
Rusiya Səhiyyə Nazirliyi koronavirusun müalicə sxeminin 12-ci versiyasında yeni yanaşmalar və dərmanlar açıqlanır.

Aznews.az xəbər verir ki, Səhiyyə nazirliyinin infeksion xəstəlikləri üzrə baş mütəxəssisi Vladimir Çulanov məlumat verib.

“İndi koronavirusun yeni mutasiya və senariləri ilə bağlı biz başa düşdük ki, müalicədə də yeni yanaşmalar olmalıdır. Biz hesab edirik ki, delta və digər virusların gedişini öncədən proqnozlaşdırmaq, ağır gedişata yol verməmək üçün müalicə çox erkən, tez başlamalıdır.

Bu vaxta kimi xəstəxanada istifadə olunan preparatları artıq ambulatorda, evdəki xəstələrə vermək olar. Xəstəxanada isə yüksək dərəcəli iltihabın qarşısı əvvəlki dalğadakından da daha tez başlamalıdır”.

Amma insanlar peyvəndlənməni qarşıya məqsəd qoymalıdır. Çalışmaq lazımdır ki, payıza kimi 2 doza peyvəndi alasız./medicina.az