Türkiyədə bu gün koronavirusdan 49 nəfər ölüb

12 İyul 2021 22:49 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 49 nəfər həyatını itirib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 227 273 nəfər test edilib, onların 5504-nün koronavirus testi pozitiv nəticə verib, 5506 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 58 594 137 peyvənd tətbiq edildiyi qeyd olunub.