Ordumuzun hərbçisi özünü güllələyərək intihar edib

13 İyul 2021 10:46 (UTC+04:00)

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.