Hər 3 qadından biri döyülür - ŞOK

21 İyun 2013 07:05 (UTC+04:00)
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, dünyada hər 3 qadından biri ailədaxili zorakılığa məruz qalır.

Təşkilatın ailə məsələləri üzrə məsul şəxsi Flavia Bustreonun sözlərinə görə, bu statistika insanı şok etməyə yetərlidir: "Dəhşətlisi isə odur ki, bu fenomenə bütün dünyada rast gəlinir".

81 ölkədə aparılan araşdırmanın nəticələrinə əsasən Banqladeş, Timor, Myanmar, Sri Lanka və Taylandda ailədaxili zorakılıq 37.7 faizdir.

İkinci sırada 37 faizlə Orta Şərq, üçüncü sırada 36.6 faizlə Afrika yer alır. Şimali Amerika, Avropa ölkələri, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiyada kimi yüksək gəlirli ölkələrdə də bu rəqəm 23.3 faiz təşkil edir.

Elnarə
AzNews.az