Dubayda dünyanın ən dərin hovuzu istifadəyə verilib - FOTO

13 İyul 2021 18:38 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən dərin hovuzu istifadəyə verilib.

Aznews.az xəbər verir ki, hovuzun dərinliyi 60 metr təşkil edir. Hovuzun dibində qədim şəhərin qalıqlarını xatırladan maket hazırlanıb.

Hovuzun hövzəsi 14 milon litr suyu əhatə edir ki, bu da 6 olimpiya hövzəsinin həcminə bərabərdir.

Turistlər üçün hovuza ziyarətin bir saatı təxminən 400 dollar təşkil edəcək.